Nobel Qardaşlarının II Elmi-İnnovativ Konfransı

13-14 sentyabr, 2013, Stokholm, İsveç

 

Konfrans Nobel Oil LTD-nin dəstəyi ilə Stokholmdakı Biznes Tarixi üzrə Mərkəzlə və tədbirin təşkilatçısı Azərbaycan Scandinaviya ƏməkdaşlığıİB-nin birgə əməkdaşlığı ilə keçirilir.

- - - o o o - - -

Beynəlxalq təhqiqatları təşviq edən layihəyə 2010-cu ildə Stokholmdakı Biznes Tarixi üzrə Mərkəz tərəfindən start verilib və ödənişsiz rəqəmsal məlumat bazası olan www.branobelhistory.com saytının yaradılması ilə nəticələnib. Belə fakta əsaslanan bu mövzunun sonrakı işlənməsi ilə bağlı Azərbaycan təşəbbüsü Bakı, Azərbaycanda www.branobelconference.com birinci Nobel qardaşlarının Beynəlxalq Konfransının keçirilməsinə gətirib çıxardı.

Təhqiqatçıların bu resursların və dünyadakı Nobel Qardaşlarının Neft hasilatı şirkətin (BraNobel) resurslarının gələcəkdə istifadəsını təşviq etmək məqsədilə təşkilatçılar Nobel Qardaşlarının İkinci elmi-İnnovativ konfransını 13-14 sentyabr, 2013-cü ildə Stokholmda keçirməyi qərar gəliblər. Konfransın tərəfdaşları Nobel Ailəsi Cəmiyyəti, Stokholmdakı Nobel Muzeyi, Stokholmdakı Biznes Tarixi üzrə Mərkəz, Bakı Nobel İrsi Fondu, Beynəlxalq Nobel Qardaşlığı fondu, Azərbaycan Milli Tarix Arxivi, Gürcüstanın Milli Arxivi, Nobel qardaşlarının Batumi Texnoloji Muzeyi kimi beynəlxalq təsisatlardır.

Konfransın ümumi məqsədi texniki, ictimai və ictimai-iqtisadi sahədə uğurlu innovasiaların tanınmasının genişləndirilməsindən ibarətdir. Konfrans davamlı innovasiya sisteminin qurulmasının, şirkətin inqilab zamanı keçidi və işçilərin ondan sonrakı dövrdə durumunun eləcə də, Rockefellerin "Standard oil", Rotşild ailəsi və Branobel üçbucağı arasında əlaqələrin öyrənilməsinə yönəlib.

Bu konfrans zamanı spesifik diqqət o zamanki geosiyasi reallıqlar və Branobelin milliləşdirilməsinin dünya neft sənayesi üçün fəsadlarına yönələcək. Spesifik mövzulara daha çox yönələn və hər birinin tərkibində tapıntıları bu gün üçün aktual suallara və problemlərə çevirmək iddiası olan çıxışların və məruzələrin daxil olmasını dəstəkləyirik. Bu bizim tarixi aşkar edib, biliklərdən istifadə edərək bu günün cəmiyyətinə çatdırılmasına yardım edəcəkdir.

BraNobel şaquli inteqrasiyalı neft istehsal şirkətinin inkişafının hər mərhələsində olan innovasiyaların müzakirəsinə həsr olunan məqalələr də dəstəklənir. Məs.

 

1.      Nobel qardaşlarının Neft hasilatı şirkətinin irsi: tarix, xüsusiyyətlər

2.      Nobel Qardaşlarının Neft hasilatı şirkətinin məkanları, paylaşma və ekoloji məsələlər

3.      Nobel qardaşlarının Neft hasilatı şirkəti və Azərbaycan cəmiyyəti

4.      Nobel qardaşlarının əməkdaşları, rəhbərləri, ofis və fabrik işçiləri

5.      Birinci Bakı Neft bumunda Nobel qardaşlarının  innovasiya sistemi

6.      Cari/İkinci Bakı Neft bumunun innovasiya sistemi “İrəliyə düşünərək”

 

Konfransın rəsmi dilləri: İngilis, Azərbaycan və Rus dilləridir.

Əlaqə məlumatı

Rəsmi veb-sayt: www.branobelconference.com

Əlavə məlumat: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.